“Bundan sonra təklif olacağına inanmıram” - Elvin Məmmədov
18.02.2020 - 12:32
“Bundan sonra təklif olacağına inanmıram” - Elvin Məmmədov

"Zirə"dən ayrıldıqdan sonra heç bir klubdan təklif almamışam". 

Bunu apasport.az saytına Azərbaycan millisinin sabiq futbolçusu Elvin Məmmədov deyib. 

Qış fasiləsində sonra "Zirə"dən ayrılan 32 yaşlı yarımmüdafiəçi özünə yeni iş yeri tapa bilmir. O, yaxın müddətdə konkret təklif alacağına da ümid etmir: "Rəsmi təklifim yoxdur. Açığı, heç bundan sonra da olacağına inanmıram. Çünki artıq çempionat başlayıb, klubların hamısı fikirlərini oyunlara yönəldiblər. Çox güman ki, yayda nəsə ola bilər. Məhz həmin vaxt harada oynayacağım bilinəcək. Amma bir şey də var ki, hər an nəsə baş verə bilər. Çünki bütün təkliflərə açığam".