“Bursaspor”da mövsümün geridə qalan hissəsinin ən stabil oyunçuları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, TFF I Liqa təmsilçisində ən çox güvənilən əcnəbi futbolçu Azərbaycan millisinin hücumçusu Namik Ələskərovdur.
Bursa klubu cari mövsüm 4 fərqli məşqçinin rəhbərliyi altında çıxış etsə də, onların ən çox güvəndiyi sima ötən ilin yayında “Neftçi”dən alınan Ələskərov olub. 27 yaşlı forvard 24 matçı geridə qoyan “timsah”ın heyətində ümumilikdə 1726 dəqiqə meydanda qalıb. Onu müvafiq olaraq Luka Kapan (1484), Massimo Bruno (1450) və Nikolas Zalazar (1245) izləyib.
Qeyd edək ki, “Bursaspor” hazırda 24 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşır.