“Bütün komandalarda aqressiya hiss olunur” – Qurban Qurbanov
25.02.2021 - 20:43
“Bütün komandalarda aqressiya hiss olunur” – Qurban Qurbanov

“Qələbə bizim üçün çox vacibdir. Amma komandadakı istək məni daha çox sevindirir”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XVII turunda “Səbail”lə keçirilən oyun barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis komandasının 1:0 hesabı ilə qalib gəldiyi görüşdən sonra mətbuat konfransında fikirlərini bölüşüb. O, bəzi epizodlarda tələsdiklərini etiraf edib: “Bu istəyi qoruyub saxlamaq lazımdır. Çalışmalıyıq ki, bütün komponentlərə diqqət yetirək. Son dövrlərdə bütün komandalarda aqressiya hiss olunur. Aftandil Hacıyevə uğurlar arzulayıram. Çox kompakt və istəkli komandası var. Öz futbolçularım bu gün çox əziyyət çəkdi. İnanıram ki, bu istək davam edəcək".

Qurbanov “Neftçi” ilə matçda qırmızı vərəqə alan müdafiəçi Kevin Medina haqda da danışıb: “Bu məsələni bağlamaq lazımdır. Klubun daxili nizam-intizam kodeksi var. Futbolda gözlənilmədən vərəqələr olur. Həmişə futbolçunun nəyə görə vərəqə aldığına önəm vermişəm. Futbolçu cəza alır, amma onu açıqlamarıq. Klub tərəfindən cəzalanıb. Özü də çox fikir edir. Gözlənilmədən qırmızı vərəqə alıb. Bəzən qalib gəlmək istəyi belə hallara gətirib çıxarır. Bir daha bu məsələyə qayıtmasaq daha yaxşı olar”.

0