“Çalışacağıq ki, millinin çıxışında dönüş yaradaq” - Rövnəq Abdullayev
28.01.2020 - 11:06
“Konfrans iştirakçılarına etimad göstərdiyiniz üçün minnətdarlığımı bildirirəm. İnanıram ki, növbəti dörd ildə müxtəlif proqramlar həyata keçirəcəyik”.
Apasport.az saytının məlumatına görə, bunu növbəti dəfə AFFA prezidenti seçilən Rövnəq Abdullayev deyib.
O, qarşıdakı dörd ildə yeni uğurlar əldə etməyə çalışacaqlarını söyləyib: “Çalışacağıq ki, millinin çıxışında dönüş yaradaq. Qarşıda bizi böyük turnirlər gözləyir. Əsasən də, AVRO-2020-nin final mərhələsinin 4 oyunu Bakıda olacaq. Düşünürəm ki, bunun ardı gələcək. Bu çağırışların öhdəsindən birlikdə gələcəyimizə inanıram”.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0