“Çelsi” Jorjinyo ilə danışıqları dayandırdı
05.03.2022 - 17:04
“Çelsi”nin yarımmüdafiəçisi Jorjinyo ilə müqaviləni uzatmaq istəyi baş tutmayıb.
Apasport.az saytının məlumatına görə, tərəflər arasında növbəti danışıq da uğursuz alınıb.
Bu üzdən danışıqlar müvəqqəti dayandırılıb. “Zadəganlar” yalnız mövsümün sonunda yeni təkliflə çıxış etmək niyyətindədir. İtaliya millisinin üzvünün sözləşməsi gələn ilin yayına qədərdir. Artıq iki klubun nümayəndəsi 30 yaşlı orta sahə oyunçusunun meneceri ilə əlaqə saxlayaraq, transfer təklifi edib.
Qeyd edək ki, Jorjinyo “Çelsi”yə 2018-ci ildə 50 milyon avro qarşılığında “Napoli”dən keçib.
0
0