“Çelsi”nin daha bir aparıcı futbolçusu Jorjinyo yay transfer pəncərəsində klubu tərk edə bilər.
Apasport.az saytının məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi İtaliyaya dönmək variantını nəzərdən keçirir.
İtaliya millisinin üzvünün meneceri “Yuventus” təmsilçiləri ilə danışıqlara artıq start verib. Jorjinyo yeni keçəcəyi klubla 3 illik müqavilə imzalamaq arzusundadır. Razılıq əldə olunsa, “Verona” və “Napoli”nin sabiq üzvü gələn mövsümdən “qoca sinyora”nın formasını geyinəcək.
2018-ci ildən “Çelsi”də çıxış edən Jorjinyo bu mövsüm bütün turnirlərdə 44 oyuna çıxıb, 9 qol, 4 assistlə yadda qalıb.
Qeyd edək ki, “Çelsi”nin yayda Romelu Lukaku, Andreas Kristensen, Sezar Aspilikueta, Antonio Rudiger kimi bir neçə aparıcı oyunçu ilə yollarını ayırması gözlənilir.