“Çelsi” icarədəki futbolçusunu qaytardı
15.01.2022 - 10:19
“Çelsi” icarədəki futbolçusunu qaytardı

“Çelsi” heyətini icarədə olan futbolçusu ilə gücləndirib.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu yarımmüdafiəçi Kenedini geri qaytarıb.

Braziliya “Flamenqo”sunda icarədə olan futbolçu vaxtından əvvəl geri çağırılıb. 25 yaşlı braziliyalı ötən ilin avqustunda yollandığı Rio-de-Janeyro təmsilçisində 18 matçda 1 qola imza atıb.

Qeyd edək ki, Kenedi bunadək “Qranada”, “Xetafe”, “Nyukasl” və “Uotford”da da icarədə olub.