“Çelsi” maliyyə hesabatını açıqladı - 32,5 milyonluq qazanc
01.01.2021 - 12:57
İngiltərənin “Çelsi” klubu 2020-ci ilin maliyyə hesabatını açıqlayıb.
Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyasına və yay transfer dönəmində ciddi xərcləməyə baxmayaraq, londonlular qazanc götürməyi bacarıb.
“Zadəganlar”ın il ərzində ümumi qazancı 32,5 milyon funt-sterlinq olub. Pandemiya səbəbindən klubun dövriyyəsi 446,7 milyon funt-sterlinqdən 407,4 milyona düşüb.
Qeyd edək ki, bundan əvvəl İspaniyanın “Barselona” klubu il ərzində 100 milyon avro ziyana getdiyini açıqlayıb.
0
0