“Çelsi” itkilərlə üzləşib.
Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun baş məşqçisi Tomas Tuxel açıqlayıb.
Almaniyalı mütəxəssis “Sauthempton”la bugünkü görüş ərəfəsində itkilərdən danışıb. O bildirib ki, Premyer Liqanın 32-ci turunu bir neçə oyunçu buraxa bilər.
Mütəxəssis Kallum Hadson-Odoinin hələ də komandadan kənar qaldığını qeyd edib. Romelu Lukaku və Hakim Zieşin durumu isə qeyri-müəyyəndir. Oyun öncəsi son məşqi buraxan futbolçuların matçda iştirak edib-etməyəcəyi qarşılaşmadan əvvəl dəqiqləşəcək.
Qeyd edək ki, “Çelsi” Premyer Liqanın turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.