“Çelsi”dən “Everton”a növbəti keçid
03.02.2022 - 17:44
“Çelsi”dən “Everton”a növbəti keçid

“Çelsi”də daha bir məşqçi ayrılığı baş verib.

Apasport.az saytının məlumatına görə, akademiyanın məşqçisi Eşli Koul vəzifəsindən istefa verib.

Tomas Tuxelin köməkçisi Co Edvards kimi, Koul da bundan sonra fəaliyyətini “Everton”da davam etdirəcək. Sabiq müdafiəçi vaxtilə çiyin-çiyinə çıxış etdiyi Frenk Lempardın Liverpul klubundakı məşqçi korpusuna qoşulub. 41 yaşlı mütəxəssisi “Çelsi”yə də 2019-cu ildə həmin komandaya baş məşqçi təyin olunan Lempard aparmışdı.

Qeyd edək ki, Eşli Koul ötən il həm də İngiltərənin U-21 yığmasında baş məşqçinin köməkçisi kimi çalışıb.