“Çelsi”nin futbolçusu koronavirusdan sağaldı
09.10.2021 - 15:52
“Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante məşqlərə başlayıb.
Apasport.az saytının məlumatına görə, Fransa millisinin üzvünün səhhəti ilə bağlı yaranmış problem həll olunub.
Koronavirusa yoluxduğu üçün bir müddətdir təcrid olunan ulduz futbolçu artıq sağalıb. Kante fərdi məşqlərə və fiziki formasını bərpa etmək üçün tələb olunan hazırlıq prosesinə başlayıb. Onun milli komandalarla bağlı yaranan fasilədən sonra hazır olması gözlənilir.
Qeyd edək ki, Nqolo Kante cari mövsüm Premyer Liqada 4 oyun keçirib, 1 qol vurub.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0