“Çelsi”nin hücumçusu İtaliya klublarına təklif olundu
06.04.2022 - 22:06
“Çelsi”nin hücumçusu İtaliya klublarına təklif olundu

“Çelsi”nin hücumçusu Timo Verner İtaliyaya köçə bilər.

Apasport.az saytının məlumatına görə, 26 yaşlı forvardın meneceri Folker Ştrut A seriyası klubları ilə ilkin danışıqlar aparmaq üçün İtaliyaya gedib.

O, Almaniya millisinin üzvünün xidmətlərini “Yuventus”, “Milan” və “Atalanta”ya təklif edib. Forvard mövsümün sonunda komandasını dəyişmək niyyətindədir ki, londonlular da onun gedişinə qarşı çıxmır. Ancaq Verneri istəyən klub 40 milyon avrosundan keçməlidir.

Qeyd edək ki, “Çelsi” ilə müqavilə müddəti 2025-ci ilin yayına qədər olan Timo Verner bu mövsüm bütün turnirlərdə 28 oyunda 7 qol vurub, 4 məhsuldar ötürmə verib.