“İspaniyadan fərqli, Azərbaycanda küçəyə çıxmaqda problem yoxdur”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Miçel deyib.
İspaniya mətbuatına açıqlama verən 35 yaşlı orta sahə oyunçusu koronavirus epidemiyası ilə bağlı yaranmış vəziyyəti izah edib. O, evdə hazırlığı davam etdirdiyini bildirib: “Məndə fasilə zədə ilə başladı. Bu üzdən bir neçə oyunu buraxmışdım. Amma ötən həftəyə qədər normal məşq edirdik. Sonra çempionat dayandı, evdə çalışmağa başladıq. Burada ticarət mərkəzləri və restoranlar axşam saat 9-a qədər açıqdır. Bir çox yerə girərkən temperaturu yoxlayırlar”.
Qeyd edək ki, Miçel zədə səbəbindən Premyer Liqanın XIX və XX turlarını buraxıb.