“Dinamo” böyük hesabla qalib gəldi - Mahir Emreli debüt etdi
05.03.2022 - 19:54
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiya çempionatında debüt edib.
Apasport.az saytının məlumatına görə, 25 yaşlı hücumçu HNL-in XXVI turunda “Sibenik”lə matçın iştirakçısı olub.
Zaqrebdə baş tutan qarşılaşmada start heyətində yer alan Mahir 60-cı dəqiqədə əvəzlənib. Həmyerlimiz əvəzlənərkən 2:0 öndə olan “Dinamo” sonda 3:0 hesabı ilə qalib gəlib.
Böyükhesablı qələbə sayəsində xallarının sayını 53-ə çatdıran zaqreblilər turnir cədvəlinin birinci pilləsindəki mövqeyini qoruyub.
0
0