Zaqreb “Dinamo”sunun Azərbaycan millisinin hücumçusu Mahir Emrelini transfer etməsinin səbəbi müəyyənləşib.
Apasport.az saytının Xorvatiya mətbuatına istinadən məlumatına görə, baş məşqçi Zeljko Kopiç sxemi 3-5-2-yə dəyişdiyi üçün sol ayağı işlək olan ucaboy forvarda ehtiyac duyub.
Xorvatiyalı mütəxəssis Miroslav Orşiçlə ön xətdə tandem təşkil edəcək oyunçu istədiyindən, klub Emreli transferinə önəm verib. Bu isə komandanın aparıcı hücumçularından olan Bruno Petkoviç üçün təhdid sayılır.
Bildirilib ki, Emreli mövsümün qalan hissəsində ümidləri doğrulda və əsas heyətə düşə bilsə, Petkoviç yayda komandanı tərk etmək məcburiyyətində qalacaq. Hazırda isə komandada yer alan 6 hücumçudan yalnız Orşiçin start heyətində yeri təmin olunub.
Qeyd edək ki, “Legiya”nı “Dinamo”ya dəyişən Mahir Emreli zaqreblilərlə 4,5 illik müqavilə imzalayıb.