Futbol üzrə İtaliya kubokunun formatı dəyişdirilə bilər.
Apasport.az saytının məlumatına görə, koronavirus üzündən yarışı başa çatdırmaq variantları müzakirə olunur.
Kubokda “Dördlər finalı” tətbiq ediləcəyi gözlənilir. Yarışda mübarizəni davam etdirən 4 komanda qaldığından bu sistemin faydalı olacağı ehtimal olunur.
Bu variant gerçəkləşsə, “Yuventus”, “Milan”, “İnter” və “Napoli” mayın son həftəsində qalibi müəyyənləşdirəcək.
Qeyd edək ki, yarımfinalın ilk oyunları çərçivəsində “Milan” - “Yuventus” (1:1) və “İnter” - “Napoli” (0:1) matçları baş tutsa da, cavab qarşılaşmaları təxirə salınıb.