“Düdelanj” - “Qarabağ” oyununun hakimləri açıqlandı
30.09.2019 - 12:58

Avropa Liqasının qrup mərhələsinin II turunda keçiriləcək “Düdelanj” - “Qarabağ” oyununun hakimləri açıqlanıb.
APA-nın məlumatına görə, oktyabrın 3-də baş tutacaq matçı şotlandiyalı ədalət təmsilçiləri idarə edəcəklər.
Baş hakim Con Biton olacaq. Ona Daniel Makfarlan və Duqlas Potter kömək edəcəklər. Dördüncü referi funksiyasını Donald Robertson yerinə yetirəcək. Qarşılaşmanın hakim-inspektoru Con Eilif Skyervold (Norveç), UEFA nümayəndəsi Mixael Zoratti (Avstriya) olacaq.
Qeyd edək ki, qarşılaşma Lüksemburqun Jozi Bartel stadionunda baş tutacaq.
0
0