“El-Klasiko”nun tarixi təsdiqləndi
04.02.2020 - 00:02
“El-Klasiko”nun tarixi təsdiqləndi

İspaniya La Liqasının növbəti “El-Klasiko”sunun vaxtı təsdiqlənib.

Apasport.az saytının məlumatına görə, “Real”la “Barselona” arasında qarşılaşma martın 1-də keçiriləcək.

XXVI turun görüşü Madriddə baş tutacaq. “Santyaqo Bernabeu” stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Qeyd edək ki, hazırda 49 xala malik “Real” çempionatın lideridir. Üç xal geridə qalan “Barselona” ikinci pillədə qərarlaşıb.