"Evdə qalın" - koronavirusa yoluxan hücumçu
12.03.2020 - 22:07
"Evdə qalın" - koronavirusa yoluxan hücumçu

Koronavirus xəstəliyinə yoluxan "Sampdoriya"nın hücumçusu Manolo Qabbiadini insanlara səslənib.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı forvard onlara özlərini qorumağı məsləhət görüb.

İtaliya millisinin üzvü həmçinin insanları evdən çıxmamağa çağırıb: "Koronavirus testim müsbət nəticə verdi. Çoxlu mesajlar alıram, mənə yazan hər kəsə təşəkkür edirəm. Yaxşı olduğumu bildirmək istəyirəm, buna görə narahat olmayın. Bütün qaydalara riayət edin, evdə qalın. O zaman hər şey düzələcək".

Qeyd edək ki, Qabbiadinidən əvvəl "Yuventus"un müdafiəçisi Daniele Ruqani koronavirusa yoluxub.