“Everton” Rişarlisonun qiymətini açıqladı
02.05.2022 - 15:37
“Everton” Rişarlisonun qiymətini açıqladı

“Everton” hücumçusu Rişarlisonun mövsümün sonunda ayrılması ilə barışıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi onun transferi üçün tələbini açıqlayıb.

Liverpullular Braziliya millisinin forvardını 60 milyon avrodan ucuz qiymətə satmayacağını bəyan edib. Hazırda 24 yaşlı oyunçu ən çox “Mançester Yunayted” və “Arsenal”ın maraq dairəsindədir. Forvard özü də Premyer Liqada qalmaq təhlükəsi ilə üzləşən mersisaydlılarda qalmaq istəmir.

Qeyd edək ki, Rişarlison bu mövsüm 29 oyunda 9 qol vurub, 4 məhsuldar ötürmə verib.