İngiltərənin “Everton” klubunun baş məşqçi postuna əsas namizəd müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Liverpul təmsilçisi Dankan Ferqyusona tapşırılacaq.
Rafael Benitesi istefaya göndərən Premyer Liqa təmsilçisi bu vəzifəyə Belçika yığmasını çalışdıran Roberto Martinesi gətirmək istəyir. Lakin Belçika Kral Futbol Assosiasiyası ilə razılıq əldə etmək mümkün olmayıb.
Qurum baş məşqçinin getməsi üçün 2 milyon avro ödənilməsini istəyir. Martines Premyer Liqada çalışmağa razı olsa da, təyinat baş tutmayacaq.
Bu üzdən klub rəhbərliyi müvəqqəti baş məşqçi vəzifəsini Ferqyusona həvalə etməyi lazım bilib. O, 2019-cu ildə Marku Silvanın istefasından sonra da bir müddət komandaya rəhbərlik edib.