"Komandamız qış fasiləsindən sonra ardıcıl dörd oyundur ki, uduzur. Əslində ilk üç qarşılaşmada yaxşı mübarizə aparmışdıq, qol epizodlarımız da çox idi. Sadəcə yararlana bilmirik".
Bunu apasport.az saytına "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib.
Bölgə klubunun çalışdırıcısı komandanın Azərbaycan Premyer Liqasının son dörd turundakı uğursuzluğuna münasibət bildirib. Onun sözlərinə görə, “Neftçi”yə məğlubiyyətlərində son andakı dəyişikliklər rol oynayıb: "Oyun günü Nikolas Raysel sıradan çıxdı. Anar Nəzirov və Fernan Ferreyra da oyunu buraxırdı deyə, məcburi dəyişikliklər zəruri idi. Bütün dəyişiklikləri etdik və meydana elə çıxdıq. Təəssüf ki, uduzduq. "Neftçi" heyətinə görə, çempionluq mübarizəsini davam etdirə biləcək komandadır. Məncə, Roberto Bordinin dövrü ilə müqayisədə onların indiki fərqi meydanda daha istəkli görsənməsidir".
Gənc mütəxəssis “Qəbələ”nin “qara zolağ”a düşməsinə baxmayaraq, komanda rəhbərliyinin ona dəstək olduğunu deyib: "Neftçi" ilə oyundan sonra klubumuzun prezidenti Fariz Nəcəfov ruhdan düşməməyi tapşırdı. O, işləməyə davam etməyimizi də vurğuladı. Fariz müəllim, həmçinin komandaya və məşqçilər korpusuna inandığını da bildirdi".
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt
- “Göztepe”nin qapıçısından azarkeşlərə təhdid: “Bir gün küçədə qarşılaşacağıq”
- “Real”da Arda Güler problemi – “Mbappe və Vinisiusdan qorxur”
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA