“Feyenoord”dan Təmkin Xəlilzadəyə hədiyyə
02.03.2020 - 14:58
“Feyenoord”dan Təmkin Xəlilzadəyə hədiyyə

Azərbaycan millisinin futbolçusu Təmkin Xəlilzadəyə “Feyenoord”un forması hədiyyə olunub.

Apasport.az saytının məlumatına görə, “Sabah”ın müdafiəçisinə bu sürprizi komanda yoldaşı olan Ozan Can Kökçünün “Feyenoord”dakı qardaşı Orkun Kökçü edib.

Azərbaycan millisini seçən Ozan Candan fərqli, Türkiyə yığmasının formasını geyinməyi qərara alan kiçik qardaşı Hollandiya klubunda geyindiyi 23 nömrəli imzalı formasını Təmkinə göndərib.

Qeyd edək ki, Ozan Can Kökçü Azərbaycanın, Orkun Kökçü isə Türkiyənin 21 yaşadək futbolçulardan ibarət millisində çıxış edir.