“Fitə basılanda şokda idim” - Qaret Beyl
05.12.2019 - 10:29
“Fitə basılanda şokda idim” - Qaret Beyl

“Azarkeşlər tərəfindən ilk dəfə fitə basılanda bir az şokda idim”.

Apasport.az saytının məlumatına görə, bunu Uels millisinin futbolçusu Qaret Beyl deyib.

İspaniya “Real”ında çıxış edən ulduz azarkeşlər tərəfindən fitə basılmasına münasibət bildirib. “Uels, qolf, Madird. Bu ardıcıllıqla” deməsinin əziyyətini çəkən Q.Beyl belə halla ilk dəfə üzləşmədiyini, yalnız əvvəllər problem yaşadığını bildirib: “Həqiqətən bilmirdim ki, necə mübarizə aparım. 1-2 dəfə bunu yaşadıqdan sonra nə etməli olduğunu başa düşürsən. İndi sadəcə üzümü yana çevirirəm. Hesab edirəm ki, səylə çalışmalı, azarkeşlərə nəyə qadir olduğumu sübut eləməliyəm. Sonda fitə basmalar dayanacaq və karyerama davam edə biləcəyəm”.

Qeyd edək ki, AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycan və Macarıstanla oyunları zamanı yığmanın düşərgəsində olarkən Q.Beylin işlətdiyi ifadə İspaniyada geniş müzakirələrə səbəb olub.

0
Qaret Beyl qolf Real