“Fənərbaxça” Portuqaliyadan müdafiəçi gətirir
09.03.2022 - 12:40
“Fənərbaxça” Portuqaliyadan müdafiəçi gətirir

Mövsümün sonunda heyətində köklü dəyişikliklər etməyi planlaşdıran “Fənərbaxça” transfer dönəmində yenə gənc oyunçulara üstünlük verəcək.

Apasport.az saytının məlumatına görə, Türkiyə klubu heyətinə qatmaq istədiyi bir əcnəbini artıq müəyyənləşdirib.

“Sarı-lacivərdlilər” “Boavişta”nın üzvü Cekson Porozo ilə müdafiə xəttini gücləndirməyi hədəfləyib. Yayda Attila Şalay və Kim Min Jae kimi oyunçuların satışından gəlir götürmək istəyən rəhbərlik Porozo üçün indidən Portuqaliya klubu ilə danışıqlara başlayıb. “Boavişta” onun satışından 4,5 milyon avroluq qazanc əldə etmək fikrindədir.

Qeyd edək ki, “Boavişta” ilə müqavilə müddəti 2025-ci ilin yayına qədər olan 22 yaşlı ekvadorlu cari mövsüm 20 oyunda iştirak edib.