Türkiyənin “Fənərbaxça” klubu heyətinə yeni futbolçu qatmağa hazırlaşır.
Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi İngiltərə “Çelsi”sinin sabiq futbolçusu Ramiresin transferində maraqlıdır.
Son klubu Braziliya “Palmeyras”ı olan 33 yaşlı mərkəz yarımmüdafiəçisi ötən ay komandasından ayrılıb. Həmin vaxtdan azad agent statusuna malik olan Ramires bir müddət əvvəl digər Türkiyə təmsilçisinin maraq dairəsinə düşmüşdü. “Trabzonspor”un keçidini reallaşdıra bilmədiyi cənubi amerikalının “Fənərbaxça”yla anlaşması daha real hesab olunur.
Qeyd edək ki, 2010-16-cl illərdə “Çelsi”nin şərəfini qoruyan Ramires sonradan Çinə yollanıb, ötən il isə vətəninə qayıdıb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”