“Fənərbaxça”nın borcu açıqlandı
05.02.2022 - 14:20
“Fənərbaxça”nın borcu açıqlandı

Bu gün “Fənərbaxça”nın İdarə Heyətinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, toplantıda “sarı-lacivərdlilər”in ümumi borcu açıqlanıb.

Bildirilib ki, klubun nizamnaməsinin müvafiq maddələrinə əsasən, “Fənərbaxça” İdman Klubu Dərnəyi və onun törəmə qurumlarının 30 sentyabr 2021-ci il tarixinə olan ümumi borcu 384,8 milyon avrodur.

Qeyd edək ki, “Fənərbaxça” hazırda 37 xalla Super Liqada 5-ci pillədə qərarlaşır.