“Fənərbaxça”nın futbolçusuna qırmızı vərəqə ölümə səbəb oldu
07.03.2022 - 11:48
Türkiyə futbolunda arzuolunmaz hadisə baş verib.
Apasport.az saytının məlumatına görə, XXVIII turun “Fənərbaxça” – “Trabzonspor” oyunu bir azarkeşin ölümünə səbəb olub.
Matçın 18-ci dəqiqəsində birincilərin futbolçusu İrfan Kahvecinin qırmızı vərəqə alması Kocaelidə oyunu evindən izləyən bir azarkeşin halının pisləşməsinə yol açıb. Dərhal xəstəxanaya aparılan “Fənərbaxça” fanatının infarkt keçirdiyi aşkarlanıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
0
0