“Fənərbaxça”nın hədəfində - xorvat müdafiəçi
06.07.2021 - 16:27
İspaniyanın “Atletiko” klubunun futbolçusu Şime Vrsalko karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi “Fənərbaxça”nın maraq dairəsinə düşüb.
İstanbul təmsilçisi xorvatiyalı arxa xətt oyunçusunu bu yay heyətində görmək istəyir. “Atletiko” da müqaviləsi gələn il başa çatacaq oyunçunun satışında maraqlıdır.
Qeyd edək ki, Şime 2016-cı ildən “Atletiko” forması geyinir.
0
0