İspaniyanın “Barselona” klubunun baş məşqçisi Ronald Kuman təqvim sıxlığından şikayətlənib.
Apasport.az saytının məlumatına görə, niderlandlı mütəxəssis tez-tez meydana çıxmağın onlara mənfi təsir göstərdiyini söyləyib.
Kuman bunun futbolçularda ciddi problemə yol açacağını düşünür: “Təqvim çılğındır. Superkubokun yarımfinalında qələbə qazansaq, daha bir oyun keçirməli olacağıq. Bir çox səfər matçları gecə olur, oyunçular evə gec qayıdırlar və iki gün sonra oyuna yollanırlar. Biz futbolçuları öldürürük. Təqvim çox sıxdır, bu problemi həll etməliyik”.
Qeyd edək ki, “Barselona” İspaniya Superkubokunun yarımfinalında 2020-ci il yanvarın 13-də “Real Sosyedad”la qarşılaşacaq.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”