“Volfsburq”un idarəedici direktoru Yorq Şmadtke AVRO-2020-nin təxirə salınmasının tərəfdarıdır.
Apasport.az saytının məlumatına görə, klub rəsmisi koronavirus epidemiyası ilə bağlı futbolçularını milli komandalara göndərmək fikrində deyil.
O, hətta Bundesliqa matçlarının da keçirilməməsini tələb edir: “Bundesliqanın oyunlarını azarkeşsiz keçirmək yox, təxirə salmaq lazımdır. Həmçinin milli komandaların qarşıdakı yoldaşlıq görüşləri də ləğv edilməlidir. Şəxsən mən futbolçularımı göndərməyəcəyəm, onlara qadağa qoyacağam. Məsələ ilə bağlı FİFA-ya müraciət edəcəyik. Hətta hesab edirəm ki, vəziyyət belə davam edərsə, Avropa çempionatını da planlaşdırılan vaxtda keçirmək riskli olar. Komandaların və azarkeşlərin tez-tez ölkə dəyişəcəyini nəzərə alsaq, bu durumda turnir təşkil etmək olmaz”.
Qeyd edək ki, koronavirus infeksiyasının kəskin şəkildə yayılması səbəbindən bir çox ölkə çempionatının, eyni zamanda avrokubok oyunları azarkeşsiz keçiriləcək.