İtaliyanın “Napoli” klubunun baş məşqçisi Cennaro Qattuzo növbəti dəfə maraqlı fikirlər səsləndirib.
Apasport.az saytının məlumatına görə, çalışdırıcı A seriyasının XI turunda “Sampdoriya” (2:1) ilə keçirilən oyundan sonra futbolçularla münasibətindən danışıb.
O, futbolçuların tez-tez qol vurduqdan sonra bunun sevincini texniki heyətlə bölüşməsinə maraqlı şərh verib: “Düşünürəm ki, bəzən futbolçular məni sevirlər. Ehtimal edirəm ki, bəzən də səhərlər ilk etdikləri iş şəklimi çıxarmaq və üzərinə tüpürməkdir. Mən özüm oyunçu olmuşam, əsla əsəbləşmirəm. Oyunçularıma yalan danışmıram, heç nə gizlətmirəm, həmişə həqiqəti deyirəm. Fikrimcə, bunu qiymətləndirirlər”.
Qeyd edək ki, aktivində 23 xal olan “Napoli” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”