“Gələn il bir yerdə oynamalıyıq” – Neymar Messi barədə
03.12.2020 - 10:44
“Ən çox istədiyim Messi ilə yenidən birlikdə oynamaqdan zövq almaqdır”.
Apasport.az saytının məlumatına görə, bunu Fransa PSJ-sinin braziliyalı ulduzu Neymar deyib.
O, 2013-17-ci illərdə “Barselona”da birlikdə çıxış etdiyi Lionel Messi ilə komanda yoldaşı olmaq arzusundadır: “Lionel mənim mövqeyimdə də oynaya bilər. Bu, mənim üçün problem deyil. Gələn il biz mütləq bunu edib bir yerdə oynamalıyıq”.
Qeyd edək ki, Messinin “Barselona” ilə müqaviləsi 2021-ci, Neymarın PSJ ilə anlaşması 2022-ci ilin yayında başa çatacaq.
- “Bordo” həvəskar liqaya düşürüldü – Klub qərardan şikayət edəcək
- İstanbul derbisinin hakimi bəlli oldu – “Fənərbaxça” – “Beşiktaş” matçı Melerə tapşırıldı
- Markos Lyorente İspaniya millisində karyerasını başa vurdu
- “Fənərbaxça” Talişka ilə yollarını ayırdı - Rəsmi
- Millimizin üzvü oynadı, komandası qalib gəldi
0
0