“Avropa Liqası da digərləri kimi turnirdir”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi “Napoli”nin Avropa Liqasındakı çıxışına münasibət bildirərkən deyib.
Ölkəsinin mətbuatına açıqlama verən italiyalı mütəxəssis Neapol təmsilçisini qitənin ikinci dərəcəli klub turnirinə barmaqarası baxmamağa çağırıb: “Komanda burada da daha çox irəliləmək arzusu ilə oynanılmalıdır. Tez -tez və məmnuniyyətlə ağzımızı yuyuruq ki, çempionluq daha vacibdir. Bundansa mübarizə aparmaq lazımdır. Bu gün heyət problemi hər kəsi narahat edir. Ancaq Avropa Liqasına hörmətlə yanaşmaq lazımdır. “Napoli” Avropa Liqasında bacarığını ortaya qoyub, mükafatı ələ keçirməyə çalışmalıdır”.
Qeyd edək ki, “Napoli” qrupda ilk oyununda dünən “Lester”lə (2:2) heç-heçə edib.
- Bredli Barkola rəsmən ”Liverpul”da
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi