“AFFA Məşqçilər Komitəsi ilə baş koordinator mənim namizədliyimi irəli sürdülər, AFFA rəhbərliyi də qəbul etdi”.
Bunu apasport.az saytına 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Elxan Abdullayev deyib.
Abdullayev assosiasiya rəhbərliyinin ona bu təklifi çoxdan etdiyini, sadəcə müəyyən səbəblərdən prosesin uzandığını söyləyib: “Axı mən eyni zamanda koordinatorun köməkçisi kimi də fəaliyyət göstərirəm. Bunlar eyni sistem olduğundan, oradakı işimdə də qalıram. Çünki bir sistemin adamıyam”.
50 yaşlı mütəxəssis bir müddət əvvəl əsas millidə köməkçi məşqçi vəzifəsində çalışmaq istəməsi səbəbindən U-18-i qəbul etməyib. O, sonradan fikrini dəyişməsinə də aydınlıq gətirib: “Bilirsiniz, hər kəs kimi mənim də arzum var. Soruşanda da deyirəm ki, arzum əsas millidə işləməkdir. Amma U-18-də çalışmağım məsləhət bilindi”.
Abdullayev U-19 yığmasının baş məşqçisi Samir Əliyevlə yaxşı münasibətdə olduğunu da vurğulayıb: “Mən 2003, Samir Əliyev isə 2002-ci il təvəllüdlü futbolçulara rəhbərlik edirik. Onunla onsuz da, həmişə bir yerdəyik, müzakirələr aparırıq. Bundan sonra da belə olacaq”.
- Acun Ilıcalıdan iddialı sözlər – “Las-Veqası onların ayağına gətirəcəyəm”
- “Liverpul”da nəhəng müqavilə: ”TURKİSH AİRLİNES”
- İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt