“İkiüzlü idi” - Beqoviç sabiq baş məşqçisi haqda
19.02.2020 - 09:58
“İkiüzlü idi” - Beqoviç sabiq baş məşqçisi haqda

“Qarabağ”ın sabiq qapıçısı Asmir Beqoviç yenidən Bosniya və Herseqovina millisinə çağırılacaq.

Apasport.az saytının məlumatına görə, hazırda icarə əsasında “Milan”ın formasını geyinən təcrübəli qolkiper UEFA Millətlər Liqasında heyətdə yer alacaq.

33 yaşlı oyunçu yığmaya dönüşünü baş məşqçi dəyişikliyi ilə əlaqələndirib. Beqoviç millini çalışdırarkən ona dəvət göndərməyən Robert Prosineçkini sərt şəkildə tənqid edib. O, Azərbaycan millisinin keçmiş çalışdırıcısının ikiüzlülük etdiyini söyləyib: “Duşan Bajeviç bu yaxınlarda “Milan”ın bazasına baş çəkmişdi. O, futbolçularla açıq danışmağı xoşlayır. Bu da ən yaxşı yoldur. Halbuki keçmiş baş məşqçi Robert Prosineçki ikiüzlü idi. Mənə başqa, mətbuata başqa cür danışırdı. Onun bu münasibətinə layiq deyildim”.

Qeyd edək ki, müqavilə ilə “Bornmut”a məxsus olan Asmir Beqoviç cari mövsümün ilk yarısını icarə əsasında “Qarabağ”da keçirib. Robert Prosineçki isə 2014-2017-ci illərdə Azərbaycan millisinə rəhbərlik edib.