“İnter” Brozoviçlə razılığa gəldi
11.01.2022 - 22:14
“İnter” Brozoviçlə razılığa gəldi

İtaliya “İnter”i Marselo Brozoviçlə yeni müqaviləni razılaşdırıb.

Apasport.az saytının məlumatına görə, xorvatiyalı yarımmüdafiəçi ilə Milan təmsilçisi arasında yeni anlaşma 2026-cı ilədək nəzərdə tutulub.

29 yaşlı futbolçu ildə vergilər çıxıldıqdan sonra 6 milyon avro qazanacaq. Bonuslar hesabına bu rəqəm 7 milyona da çata bilər.

Brozoviç klubdan 8 milyon tələb edirdi. İngiltərə “Nyukasl”ı da bu maaşı ödəməyə hazır idi. Lakin xorvatiyalı “İnter”də qalmağa üstünlük verib.

Qeyd edək ki, Marselo A seriyasının cari mövsümündə 20 matçda bir assistə imza atıb.