“İnter” Sançesi transferə çıxarır
12.03.2022 - 01:12
“İnter” Sançesi transferə çıxarır

“İnter”in hücumçusu Aleksis Sançes mövsümün sonunda komandasını dəyişəcək.

Apasport.az saytının məlumatına görə, “neradzurra” yayda onu transferə çıxaracaq.

A seriyası çempionunu buna vadar edən səbəb Çili millisinin üzvünün yüksək məbləğdə maaş almasıdır. Sançesin klubla gələn ilin yayına qədər olan müqaviləsində 4 milyon avroluq sərbəst qalma maddəsi var. Ancaq milanlılar 33 yaşlı forvardı daha ucuz qiymətə satmağa hazırdır.

Qeyd edək ki, Aleksis Sançes 2020-ci ildən “İnter”də çıxış edir. Çilili bu mövsüm A seriyasında 19 oyuna çıxıb, 2 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.