"İnter" hücumçusunu 17 milyon avroya satdı
29.01.2020 - 00:31
"İnter" hücumçusunu 17 milyon avroya satdı

"Flamenqo" "İnter"in hücumçusu Qabriel Barbozanı transfer edib.

Apasport.az saytının məlumatına görə, Braziliya klubu bu keçidi rəsmən bəyan edib.

Ötən mövsümü icarə əsasında "Flamenqo"da keçirən Qabiqol ləqəbli oyunçu artıq birdəfəlik alınıb. Milanlılar bu transferdən 17 milyon avroluq gəlir əldə ediblər. 23 yaşlı forvard "Flamenqo" ilə 5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Qabiqol ötən mövsüm 29 oyunda 25 dəfə fərqlənib və Braziliya çempionluğunda, həmçinin Libertadores Kubokunun qazanılmasında böyük rol oynayıb.