“İnter” müdafiəçisi ilə bağlı qərarını verdi
27.11.2021 - 22:15
“İnter” müdafiəçisi ilə bağlı qərarını verdi

“İnter”in müdafiəçisi Federiko Dimarkonun taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı sol cinah oyunçusu komandadakı çıxışını davam etdirəcək.

Çünki İtaliyanın gənclər millisinin sabiq üzvü “neradzurra” ilə yeni müqavilənin şərtlərini razılaşdırıb. Tərəflər arasında anlaşmaya əsasən, Dimarko tezliklə 2026-cı ilin yayına qədər nəzərdə tutulan yeni sözləşməyə qol çəkəcək. Onun illik maaşı 1,6 milyon avroya yüksələcək.

Qeyd edək ki, Federiko Dimarko bu mövsüm “İnter”in heyətində 17 oyun keçirib, 2 qol, 2 assistlə yadda qalıb..