“İnter” rekord məbləğdə gəlir əldə edib
27.09.2019 - 10:04
“İnter” rekord məbləğdə gəlir əldə edib

İtaliyanın “İnter” klubunun 2018/19 mövsümü üçün maliyyə hesabatı açıqlanıb. 

APA-nın məlumatına görə, Milan təmsilçisinin ötən futbol ilinin yekununda rekord qeyd alınıb. 

Klub tarixində ilk dəfə mövsümlük gəlir 400 milyon avronu keçib. Bu rəqəm 415 milyon avroya bərabər olub ki, bu da 1 il əvvəlki (346 milyon) ilə müqayisədə təxminən 20 faiz çoxdur. Gəlirin belə artmasında əsas amil “İnter”in uzun fasilədən sonra Çempionlar Liqasında oynaması olub. 

Milanlılar mövsümü isə 17 milyon zərərlə başa vurublar. 1 il öncə isə bu rəqəm 17,7 milyon avro olub.

Qeyd edək ki, hazırda klubun sahibi Çinin “Suning Group” şirkətidir. 

0
İnter Milan gəlir