"İnter"ə transferi təsdiqləndi - "Real"ın müdafiəçisinin
29.06.2020 - 12:16
"İnter"ə transferi təsdiqləndi - "Real"ın müdafiəçisinin

"Real"ın müdafiəçisi Əşrəf Hakiminin karyerasını "İnter"də davam etdirəcəyi təsdiqlənib.

Apasport.az saytının məlumatına görə, cari mövsümü icarə əsasında Dortmund "Borussiya"sında keçirən 22 yaşlı cinah oyunçusu sabah Milana yollanacaq.

İlk olaraq bu gün klublar arasında son görüş keçiriləcək və müqavilənin detalları razılaşdırılacaq. Hakimi isə sabah yeni komandasında tibbi müayinədən keçəcək. Mərakeş millisinin üzvü "neradzurra" ilə 5 illik müqavilə bağlayacaq və illik məvacibi 5 milyon avro olacaq.

Transfer ispanlara 40 milyon avro qazandıracaq. "Kral klubu" əlavə 5 milyon avro bonus da əldə edə bilər. Müqaviləyə "Real"ın Hakimini geri alma bəndi salınmayıb.

Qeyd edək ki, "Real"ın yetirməsi olan Əşrəf Hakimi son iki ili icarə əsasında "Borussiya"da keçirib.
 

0