“İnter”dən Perişiçlə bağlı qərar
26.11.2021 - 22:32
“İnter” İvan Perişiçlə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu xorvatiyalı yarımmüdafiəçini heyətində saxlayacaq.
Müqaviləsi 2022-ci ilin yayında başa çatacaq futbolçu ilə anlaşma uzadılacaq. Bu məqsədlə tərəflər gələn ay danışıqlar masasına əyləşəcək.
Perişiç indiki müqaviləsi üzrə ildə 5 milyon avro qazanır. Milanlılar 2024-cü ilədək olacaq yeni anlaşmada ona 3,5-4 milyon ödəməyə razıdır.
Qeyd edək ki, İvan cari mövsümün 16 matçında 3 qol vurub.
0
0