“İnter”in futbolçusu icarəyə verildi
29.01.2022 - 11:08
“İnter”in futbolçusu Stefano Sensi klubunu dəyişib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi karyerasını A seriyasının digər klubunda davam etdirəcək.
26 yaşlı italiyalı “Sampdoriya”ya keçib. Klublardan heç biri keçidi açıqlamasa da, Sensi A seriyasının iştirak ərizəsində Genuya təmsilçisinin heyətində yer alıb.
Futbolçu icarə əsasında Milan klubundan ayrılıb. O, mövsümün sonunadək genuyalıların formasını geyinəcək.
Qeyd edək ki, cari mövsüm A seriyasında 12 matça çıxan Sensi yalnız bir dəfə start “11-lik”də yer alıb.
0
0