"Joze, mən hazıram" - Krauç futbola qayıda bilər
18.02.2020 - 22:36
"Joze, mən hazıram" - Krauç futbola qayıda bilər

İngiltərə millisinin keçmiş hücumçusu Piter Krauç karyerasını bərpa etməyə hazırdır.

Apasport.az saytının məlumatına görə, bunu veteran futbolçu özü sosial şəbəkə vasitəsilə yayıb.

39 yaşlı sabiq futbolçu Harri Keynin ardından Hun-Min Sonun da zədələnməsi ilə hücum xəttində problem yaşayan "Tottenhem"ə köməyini təklif edib. O, tvitter səhifəsində "Joze, mən hazıram" yazaraq ondan təklif gözlədiyini vurğulayıb.

Qeyd edək ki, ötən il "Bernli"nin heyətində karyerasını bitirən Piter Krauçun ilk peşəkar klubu məhz "Tottenhem"dir. O, 1998-2000 və 2009-2011-ci illərdə London klubunun şərəfini qoruyub.