Qış təlim-məşq toplanışını ölkə daxilində keçən “Səbail” və “Keşlə” bu gün yoxlama görüşü keçirib.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçiləri bir-birilərini sınağa çəkib.
Çempionatın autsayderi “Səbail” rəqibi ilə “Dalğa Arena”da görüşüb. Bu, “Keşlə”nin hazırlıq çərçivəsində ilk yoxlama görüşü olub.
“Səbail” isə birinci sınağında “Qarabağ”ın ikinci komandası ilə qolsuz bərabərə qalıb. Bu dəfəki matçda da “Səbail” qola həsrət qalıb. Hər hissədə bir dəfə fərqlənən “Keşlə” inamlı qələbə qazanıb – 2:0.
Qeyd edək ki, “Səbail”lə “Keşlə” yanvarın 24-də ikinci dəfə yoxlama matçında üz-üzə gələcək.
Yoxlama oyunu
18 yanvar
16:00. “Səbail” – “Keşlə” - 0:2
Qollar: Amil Yunanov, Qurban Səfərov
“Dalğa Arena”