Azərbaycan Premyer Liqasının VI turunun açılış oyununda “Sabah”la qarşılaşan “Keşlə” iki futbolçusundan məhrum qalıb.
Apasport.az saytının məlumatına görə, bakılılar matçın ilk yarısındaca iki məcburi əvəzləməyə əl atıb.
Əvvəlcə 28-ci dəqiqədə gənc müdafiəçi Elçin Mustafayev çiynindən xəsarət alıb. Mübarizəni davam etdirə bilməyən 21 yaşlı oyunçunu Rafael Məhərrəmli əvəzləyib.
Cəmi 5 dəqiqə sonra bu dəfə kapitan İlkin Qırtımov sıradan çıxıb. Cərimə meydanı daxilindəki qarışıqlıq zamanı zədələnən 31 yaşlı müdafiəçi həkimlərin müdaxiləsindən sonra meydana qayıtsa da, sona qədər davam edə bilməyib. Nəticədə 42-ci dəqiqədə onun yerinə Kərim Diniyev meydana daxil olub.
Qeyd edək ki, hazırda ilk hissəsi gedən görüşdə “Keşlə” 1:0 hesabı ilə öndədir.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər