"Keşlə" həmişə qələbəyə oynayır" - Sezar Meza Kolli
30.01.2020 - 12:05
"Keşlə" həmişə qələbəyə oynayır" - Sezar Meza Kolli

"12 günlük yaxşı hazırlıq keçmişik. Məncə, çempionata tam hazırıq. Komanda olaraq yalnız ilk oyunu düşünürük".

Bunu apasport.az saytına açıqlamasında "Keşlə"nin yarımmüdafiəçisi Sezar Meza Kolli deyib.

Bakı klubunun paraqvaylı futbolçusu yeni transferləri Aleksandr Kristovao və Şohruh Qadoyev haqda da fikir bildirib. Komandanın lideri hər iki oyunçunun onlara xeyir verəcəyinə inanır: "Onlar yaxşı futbolçulardır, yüksək səviyyəyə malikdirlər. Ümid edirəm ki, həm Kristovao, həm də Qadoyevin bizə xeyri dəyəcək".

"Keşlə" qış fasiləsindən sonrakı ilk turda "Qəbələ"nin qonağı olacaq. Sezar həm bu oyun, həm də çempionatdakı iddiaları barədə danışıb: "Qəbələ" ilə matçın çətin keçəcəyi məlumdur. Amma istənilən halda Qəbələ səfərində uğurlu nəticəyə inanıram. "Keşlə", onsuz da, həmişə qələbəyə oynayır. İnanıram ki, qarşıya qoyulan məqsədə çata biləcəyik. Bunun üçün sona qədər mübarizəmizi davam etdirəcəyik".

Qeyd edək ki, fevralın 2-də keçiriləcək "Qəbələ" - "Keşlə" oyunu saat 15:00-da başlayacaq.