“Neftçi”dən ayrıldıqdan sonra “Keşlə”də işə başlayan Ceyhun Sultanov artıq “qara siyahı”sını hazırlayıb.
Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin yeni icraçı direktoru islahatlara əsas komandadan start vermək niyyətindədir.
O, ilk növbədə legionerlərlə bağlı araşdırma aparıb və məşqçi korpusu ilə görüşdən sonra hədəflərini müəyyənləşdirib.
Sultanov 2 legionerdən başqa, bütün əcnəbi futbolçuların kluba yaramadığını açıqlayıb. Həmin iki oyunçu isə Stanislav Namaşko ilə Sezar Meza Kollidir.
“Keşlə” dekabrın 25-dən sonra legionerləri ilə bir daha danışıqlar aparacaq. Müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilməsinə razılaşanlar yola salınacaq (sportinfo.az).
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”