Mövsümə uğursuz start götürən “Keşlə”də baş məşqçi Sənan Qurbanovun istefaya göndərilməsi gündəmdədir.
Apasport.az saytının məlumatına görə, 5 turda aktivinə cəmi 1 xal yazdıran qəsəbə təmsilçisi 41 yaşlı çalışdırıcı ilə yollarını ayırmağı planlaşdırır.
Komanda bu gün Premyer Liqanın VI turu çərçivəsində “Sabah”a məğlub olsa, Qurbanov böyük ehtimalla vəzifəsindən gedəcək. Klub prezidenti Zaur Axundov hətta yeni çalışdırıcını da müəyyənləşdirib.
İstefa baş verərsə, hazırkı köməkçi-məşqçi Zaur İsmayılov müvəqqəti baş məşqçi funksiyasını icra edəcək. İsmayılovun qış fasiləsinə qədər bu postda qalması nəzərdə tutulub. Ona isə komandanın veteran futbolçuları Rail Məlikovla Ruslan Əmircanovun köməklik etməsi planlaşdırılır.
Qeyd edək ki, “Keşlə” ötən mövsüm Sənan Qurbanovun rəhbərliyi altında Azərbaycan kubokunu qazanıb.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər